Bu gün bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq

img

22-10-2019 [10:38]


Bu gün saat 10:00-dan "Qaz İxrac” İdarəsi "Yevlax-Naxçıvan” magistral qaz kəmərinin 43-cü km-də yerüstü kanal keçidində aşkar olunmuş qaz sızmalarının ləğvi işlərinə start verir.

"Azəriqaz” İstehsalat Birliyindən Mia.az-a bildirilib ki, Bərdə və Tərtər rayonlarının bir qrup abonenti bu müddətdə qazı fasilələrlə alacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR