Cəlilabbada 3 nəfər həbs edildi

21-10-2019 [22:09]

Cəlilabad rayonunun Qarazəncir kəndindəki evlərdən birindən oğurluq edilib.

Bu barədə rayon polis şöbəsinə məlumat verən həmin kənd sakini Əflatun Zeynalov bildirib ki, hazırda Rusiya Federasiyasında yaşayan qardaşı Vaqif Zeynalovun evindən 1700 manat dəyərində noutbuk, qiyməti min manat olan spirtli içkilər, həmçinin bir antena oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən kənd sakinləri Elvin Mehdizadə və Asif Ağayev saxlanılıblar.

Onlardan mənzildən oğurladıqları noutbuk aşkarlanaraq maddi sübut kimi götürülüb.

Rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat nəticəsində avtomobili sərxoş və narkotik vasitələrin təsiri altında idarə edən sürücü saxlanılıb. Əməliyyat nəticəsində Qaradağ rayon sakini Orxan Verdiyev polislər tərəfindən Cəlilabad rayonunda yaxalanıb.

Araşdırma zamanı onun "Toyota” markalı nəqliyyat vasitəsini heç bir müvafiq sənədləri olmadan və narkotik vasitələrin təsiri altında idarə etdiyi məlum olub. Avtomobildəki sərnişin, paytaxt sakini Tərlan İmanovun üzərində şəxsi axtarış aparılan zaman ondan kibrit qutusunda qablaşdırılan 6,069 qram marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.



SON XƏBƏRLƏR