Aİ "Brexit" şərtləri barədə sazişin ratifikasiyası prosesinə start verib

img

21-10-2019 [16:16]


Avropa İttifaqı "Brexit"in şərtləri barədə yenilənmiş sazişin ratifikasiyası prosesini başladıb.

Bu barədə Avropa Komissiyasının Mətbuat xidmətinin nümayəndəsi Mina Andreyeva brifinqdə bildirib.

"Aİ tərəfdən ratifikasiya prosesi başlanılıb. Aİ-nin "Brexit" üzrə baş müzakirəçisi Barnye 27 ölkənin daimi nümayəndələrinə məlumat verib və Avropa Parlamentinin "Brexit" qrupunu məlumat verəcək", - o deyib.

Qeyd edək ki, bir neçə həftə davam edən intensiv və çətin danışıqlardan sonra Aİ və Böyük Britaniya oktyabrın 17-də "Brexit" şərtlərinə dair yenilənmiş saziş barədə razılığa gəlib, ardından Aİ-də qalan 27 ölkənin başçısı sammitdə onu təsdiq edib və indi sazişi Britaniya parlamenti təsdiqləməlidir.

Lakin Britaniyada oktyabrın 19-da keçirilmiş səsvermə bir nəticə verməyib. Sənədə bu gün yenidən baxıla bilər. Sazişin əvvəlki variantı Britaniya deputatları tərəfindən üç dəfə rədd edilib, bununla əlaqədar ölkənin ittifaqdan çıxması üçün son tarix bu il martın 29-dan oktyabrın 31-dək təxirə salınıb. İndi Britaniya yeni - yanvarın sonuna qədər ertələnmə istəyir/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı