ƏƏSMN 7 milyon manatlıq maşın alır

img

21-10-2019 [16:00]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən "Azərmaş” MMC-dən 547 ədəd "Khazar LX” markalı minik avtomobili alacaq.

"Report” xəbər verir ki, nazirlik buna görə 6 486 762 manat ödəniş edəcək.

Bundan başqa, qurum "Naxçıvan Avtomobil Zavodu” MMC-dən 45 ədəd "NAZ Lifan” markalı minik avtomobili alacaq. Bu maşınlar isə Nazirliyə 513 000 manata başa gələcək.

Ümumilikdə, 592 nəqliyyat vasitəsinə görə 6 999 762 manat ödəniləcək. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq