Şagirdlərin elektron yerdəyişməsinə yenidən start verilib

img

21-10-2019 [10:11]


Bu gündən etibarən şagirdlərin elektron yerdəyişməsi prosesi davam etdirilir.

Təhsil Nazirliyindən Mia.az-a verilən məlumata görə, bu ildən etibarən şagirdlərin yerdəyişməsi www.sy.edu.az portalı vasitəsi ilə elektron formada həyata keçirilir. 

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edir.

Qeyd edək ki, 2019-cu il sentyabrın 15-dək şagirdlərin elektron yerdəyişməsi ilə bağlı, ümumilikdə, 54 830 müraciət daxil olub. Onlardan 53 955 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib. 875 sorğuya isə dil uyğunsuzluğuna, daxili müsabiqə keçirən lisey və məktəb-liseylərin müsabiqə nəticələrinə əsasən imtina verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı