Ərdoğanla Conson razılaşdı - 4 ölkə lideri bir araya gələcək

img

20-10-2019 [17:03]


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın baş naziri Boris Conson Suriyada Ankaranın hərbi əməliyyatı ətrafında vəziyyətin müzakirəsi üçün Fransa və Almaniya iderlərinin iştirakı ilə dördtərəfli görüşün keçirilməsi imkanını nəzərdən keçirməyi razılaşdırıblar.

Bu barədə TASS məlumat yayıb.

Məlumata görə, bu barədə Conson və Ərdoğanın telefon söhbətinin nəticəsinə görə bazar günü yayılmış rəsmi məlumatda deyilir.

Baş nazir və prezident hazırkı vəziyyətin müzakirəsi üçün Fransa prezidenti Emmauel Makron və AFR kansleri Angela Merkelin iştirakı ilə görüş keçirmək imkanını axtarmağı razılaşdırıblar. Dövlət və hökumət başçıları həmçinin terrorizmlə mübarizə və miqrasiya da daxil olmaqla geniş əhatəli məsələləri müzakirə ediblər/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı