ABŞ Suriyadakı 1000 hərbçisini İraqa göndərəcək

img

20-10-2019 [10:43]


ABŞ təxminən min hərbi qulluqçusunu Suriyanın şimal-şərqindən İŞİD-lə mübarizə üçün İraqın qərbinə göndərəcək.

Bbu barədə ABŞ-ın müdafiə naziri Mark Esper şənbə günü Yaxın Şərqə səfərində onu müşayiət edən jurnalistlərə bildirib.

"ABŞ qoşunlarının Suriyanın şimal-şərqindən çıxarılması davam edir. Biz həftələr haqqında danışırıq, günlər haqqında yox", - deyə Esper bildirib.

Nazir bildirib ki, cari plan bu qüvvələrin yerini İraqın qərbinə dəyişməkdən ibarətdir. Onun sözlərinə görə, söhbət təxminən min hərbi qulluqçudan gedir/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR