Abşeronda evdən oğurluq edən şəxs tutuldu

18-10-2019 [13:46]
Abşeronda evdən xeyli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 10-da Masazır qəsəbəsindəki evlərin birindən 5900 manat, 900 ABŞ dolları və 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən qəsəbə sakini M.Həsənov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR