Ceyhun Bayramov direktorları tənqid etdi

img

17-10-2019 [13:33]


"Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı həll olunmayan və yaxud həlli gecikən məsələlərin sayı ümumi müraciətlərin 2 faizi qədərdir".

Bunu Təhsil naziri Ceyhun Bayramov oktyabrın 17-də Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, proses yeni olduğu üçün 2 faizin səbəbləri arasında bir sıra subyektiv və obyektivlik amillər var: "Misal olaraq, gecikmə halları direktorun səhlənkarlığı ucbatından baş verib. Drektor bu işi nəzarətə götürmədən texniki işçisinə həvalə edib, o da vəzifəsini düzgün başa düşməyib və ləngimələr olub. Onlara xəbərdarlıq olundu və məsələ öz həllini tapdı".

C.Bayramov əlavə edib ki, meydana çıxan narazılıqlardan yalnız Təhsil Nazirliyinə daxil olan vətəndaş şikayətlərindən xəbər tutulurdu: "Bəzən problemlərlə üzləşənlər heç müraciət də etmirdi. Bu səbəbdən də real vəziyyətlə bağlı heç məlumatımız da olmurdu. Elektronlaşmadan sonra biz insanların problemlərini bilib, həll yollarını birgə müzakirə edə bildik".  

Digər xəbərlər
SON XƏBƏRLƏR