AMEA prezidenti ilə elmi katib arasında çəkişmə: "Onda gəlin bəzi işçiləri işdən çıxaraq..."

img

16-10-2019 [18:05]


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə magistraturasında tədris prosesində aşkara çıxarılan nöqsanlara münasibət bildirib.

Akademiyanın Rəyasət Heyətinin bugünkü iclasında akademik-katib Əminağa Sadıqova cavab verən A.Əlizadə magistratura pilləsinin akademiyada açılması üçün çox çətinlik çəkdiyini deyib.

O qeyd edib ki, hər dəfə çıxışında Akademiyada magistratura pilləsində təhsil səviyyəsi fərqli formada təşkil edilir: "Ancaq dedikləriniz görsədir ki, kifayət qədər çətinliklər var. Bütün bu sadalanan nöqsanlar bizə yaxşı nəticə üçün ad gətirməz. Hardan əlavə otaq verək? Bir otaq tapmaqla məsələ həll olunmur. Həmkarların sayı haqqında düşünülməlidir. Bəlkə yenə də bəzi institutları birləşdirək?!.

Hər il 100 magistr qəbul edəcəyik. Hamı gəlib deyir ki, magistrlara ştat verək. Ştatları hardan necə verəcəyik? Akademiyanın təxminən 11 min ştatlı işçisi var. Onda gəlin bəzi işçiləri işdən çıxaraq. Hamı ştata düşmək istəyir. Əgər lazımi şərait yaradılmırsa, deməli akademiyada magistratura pilləsi bağlanmalıdır. Bu təhsil pilləsini yaratmışıq ki, inkişaf edək. Məcburi deyil ki, akademiyanın 27 institutunda magistr təhsili olsun. Misal olaraq 7 institutda olsun amma keyfiyyətli təhsil verilsin".

A.Əlizadə vurğulayıb ki, əgər bu sahədəki problemlər aradan qaldırılmasa, magistrlar küsüb gedərlər: "Onlar bir- biri ilə söhbət edəndə deyirlər ki, akademiyada şərait yoxdur. Bunu institut direktorları da yaxşı bilir. Ona görə də xahiş edirəm ki, bu istiqamətdə elmi şuralarda da açıq söhbət aparıb qərar qəbul edilsin. İnstitut və bölmələrdə bu sahəyə olan ciddilik artırılmalıdır. Gələn il də anoloji monitorinqləri keçirərik. Əgər nəticələr eyni olacaqsa, növbəti il üçün yer sayı sifariş edəndə qəbul planını azaldarıq. Əsas olan keyfiyyətli tədris prosesidir". 

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR