Nehrəmli həmkəndlisini maşınla vurdu

img

16-10-2019 [12:09]


Naxçıvanın Babək rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, oktyabrın 13-də saat 17 radələrində Babək rayonunun Nehrəm kəndi ərazisində kənd sakini Cavid Qənbərov idarə etdiyi "VAZ-21074” markalı avtomobillə yolu keçən həmkəndlisi Həkimə İbrahimovanı vurub. 

Nəticədə xəstəxanaya yerləşdirilən piyada oktyabrın 15-də orada ölüb.

Faktla bağlı Babək Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR