Mətbuat xidməti direktora qadağa qoyub? - TV nazirliyi "vurdu": “Rahat kresloda oturublar...” + VİDEO

img

15-10-2019 [18:46]


Qubada fəaliyyət göstərən regional televiziya olan Qafqaz TV Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyini sərt tənqid edib.

TV-nin "Sorğu çağı" verilişinin aparıcısı Əlövsət Sadıq proqrama tək çıxıb. Onun yanında isə boş stul olub. 

Aparıcı həmin stulda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yanında Dövlət Məşğulluq Xidmətinin  Quba Rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsinin icraçısı Mikayıl İbrahimovun əyləşməli olduğunu qeyd edib. 

Lakin qurumun Mətbuat katibi Əsmər Nəcməddin qızının qoyduğu qadağa səbəbindən verilişə gəlmədiyini qeyd edib.

Aparıcı monoloqunda nazirlikləri tənqid edib, onların mətbuat xidmətlərinin regional televiziyalara problemlər yaratdığını, açıqlamalar vermədiyini bildirib.

Həmin materialı təqdim edirik:


Yenisabah.az

Digər xəbərlər
SON XƏBƏRLƏR