Şəmkirdə kafe və mağazlar yandı

15-10-2019 [17:49]

Şəmkir rayonunda güclü yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Mia.az-a verilən məlumata görə, hadisə ümumi sahəsi 2400 kvadratmetr olan tikilidə qeydə alınıb: "Nəticədə bir dam altında tikilən, müxtəlif təyinatlı obyektlər - kafe, mağazalar 464 kvadratmetr sahədə yanıb. Tikililərin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb".

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.



SON XƏBƏRLƏR