"Kim sizə ixtiyar verib belə etməyə?" - Aparıcıdan icra başçısına sərt sözlər + VİDEO

img

15-10-2019 [16:12]


Aparıcı Aytən Səfərova "Space" TV-nin yanındakı yolun ortasına qurulan çadıra görə sosial şəbəkədə Yasamal Rayon İcra Hakimiyyətini sərt tənqid edib.

O, bu çadıra görə insanların hər gün işə gecikdiyini yazıb:

"Hər səhər "Space” TV-nin yanında yol bağlıdır. Yasamalın icra orqanları bu çadırı bura niyə qoyublar? Yol Patrul Xidməti əməkdaşları buna niyə göz yumur? Nəyə görə hər səhər mən və mənim kimi yüzlərlə sərnişin gecikmək məcburiyyətində qalır? 

Müvafiq strukturlar günün 24 saatı insanlara süni əngəl yaratmaqlarına aydınlıq gətirsinlər. Aydınlıq  gətirmirlərsə, heç olmasa bu çadırı buradan götürsünlər. 

Səhər tezdən insanların əsəbləri ilə oynamaq lazım deyil. Onsuz da hamı tıxacdadır. Bu nə  özbaşınalıqdır? 

Kim sizə ixtiyar verib belə etməyə? Hüzürə, yasa aidiyyatı yoxdur”.

Yenisabah.az


Digər xəbərlər
SON XƏBƏRLƏR