Bakıda evdən oğurluq edən iki nəfər həbs edildi

15-10-2019 [14:52]
Bakıda evdən pul və qızıl-zinət əşyaları oğurlanıb.

DİN-nin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 30-da rayon ərazisindəki evlərin birindən 3200 manat və 1000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Q.İsayev və N.Bağıyev saxlanılıb.


SON XƏBƏRLƏR