Qusarda keçmiş məhkum tutuldu

15-10-2019 [12:00]
Qusarda keçmiş məhkum evdən 2000 manatlıq qızıl-zinət əşyaları oğurlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 4-də şəhər ərazisindəki evlərin birindən 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Əfəndiyev saxlanılıb.


SON XƏBƏRLƏR