BDU-nun rektoru: "O, nadir insanlardan idi ki, paxıllıq nədir bilməyib"

img

14-10-2019 [14:00]


"Vasim Məmmədəliyev özü ilə nadir adını, kamil etalonunu apardı".

Bunu Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev akademik Vasim Məmmədəliyevlə vida mərasimində etdiyi çıxışında bildirib.

Onun sözlərinə görə, Vasim Məmmədəliyev heç vaxt özünü düşünməyib, elmə, insanlara xidmət edib: "O, yaşından asılı olmayaraq hər kəslə öz dili ilə danışardı. Adi sözlərlə insanın qəlbinə nüfuz edirdi. Rəhbərlik etdiyi kollektivdəki müəllimlərin biliklərinin artırılması üçün əlindən gələni edərdi. O, nadir insanlardan idi ki, paxıllıq nədir bilməyib. Bu dünyada ikən yeri behiştlik idi. Hamının rəhmətini qazanmışdı".

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR