Sabah hava necə olacaq? - Proqnoz açıqlandı

13-10-2019 [12:42]
Oktyabrın 14-də  Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. 

Mia.az ETSN-ə istinadla bildirir ki, sabah havanın temperaturu Abşeron yarımadasında gecə 15-18°, gündüz 23-26° isti, Bakıda gecə 16-18°, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 773 millimetr civə sütunundan 770 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75, gündüz 55-60 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 12-17°, gündüz 25-30° isti, dağlarda gecə 5-10°, gündüz 15-20° isti olacağı gözlənilir.


SON XƏBƏRLƏR