Anasını traktorla vurub öldürdü, daha sonra isə... - Biləsuvarda olay

12-10-2019 [17:53]
Biləsuvar rayonunda bədbəxt hadisə ölümə səbəb olub.

Hadisə ötən gün rayonun Səmədabad kəndində baş verib.

Belə ki, kənd sakini 26 yaşlı Fəqan Məmmədov traktorla həyətlərində anası, 60 yaşlı Umnisə Məmmədovanı vuraraq öldürüb.

Məlumata görə, bundan sonra F.Məmmədov intihara cəhd edib, lakin yaxınları tərəfindən intiharın qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır/Report.


SON XƏBƏRLƏR