Bakıda bu yollarda hərəkət məhdudlaşdırılacaq - Xəbərdarlıq

img

11-10-2019 [12:13]


Aparılacaq təmir işləri ilə əlaqədar oktyabrın 13-dən 14-nə keçən gecədən Bakının Şəfayət Mehdiyev küçəsinin General Akim Abbasov və Əbdürrəhim bəy Haqverdiyev küçələri arasında yerləşən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, məhdudiyyət 3-4 gün qüvvədə olacaq. 

Digər xəbərlər
SON XƏBƏRLƏR