Rusiya və ABŞ Avropanın 5 ölkəsinin Türkiyə qarşı qərarına imkan vermədi - BMT-də iclas

img

11-10-2019 [11:11]


Bu gün 5 ölkənin tələbi ilə BMT Təhlükəsizlik Şurasında (BMT TŞ)  Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi antiterror əməliyyatı müzakirəyə çıxarılıb.

Mia.az xəbər verir ki, 5 ölkə - Fransa, Almaniya, İngiltərə, Polşa və Belçikanın tələbi ilə keçirilən iclasda Türkiyənin Suriyadakı son bəlli əməliyyatını qınayan qərar səsverməyə təqdim olunsa da, qəbul olunmayıb.

Məlumata görə, Türkiyənin Suriyanın şimalında təhlükəsiz bölgə yaratmaq üçün başlatdığı "Barış Pınarı" Hərəkatını qınamaq üçün səsvermə olub: "ABŞ və Rusiya BMT Təhlükəsizlik Şurasının qınama qərarını veto edərək, qəbuluna imkan verməyiblər".


Digər xəbərlər
SON XƏBƏRLƏR