"Bizim terrora qarşı savaşımızı indiyədək hansı ərəb dövləti aparıb?" - Ərdoğandan sərt mesajlar

img

10-10-2019 [15:12]


""Barış pınarı” antiterror əməliyyatının hədəfi Suriyanın ərazi bütövülüyü və sabitliyidir".

Mia.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının yerli təşkilatların sədrlərinin genişləndirilmiş toplantısında deyib.

O deyib ki, burada əsas hədəfimiz terrorçu PKK/YPG-PYD qruplaşmasıdır: "Sərhədimiz təhdid altındadır. Bundan başqa, ölkəmizdə 3 milyon 600 min suriyalı var. Onlar evlərinə dönmək istəyirlər. Ey Avropa İttifaqı, bizim keçirdiymiz əməliyyatı işğal adlandırsanız, qapıları açar, 3,6 milyon qaçqını buraxarıq. İndi pul sayırlar. Deyirlər ki, yardımın ikinci hissəsini göndərməyəcəklər. Biz sizdən nəsə alaraq hərəkət etməmişik. 40 milyard dollar xəcləmişik. Həyatınız yalan üzərində qurulub.

Bəşşar Əsəd 2011-ci ildən bəri 1 milyon vətəndaşını öldürüb. PKK/YPG-PYD-ni terror qruplaşması olaraq tanımayanlar bizim atdığımız addıma söz qoşurlar. Deyirlər ki, biz kürdlərə qarşı əməliyyat aparırıq. Ancaq Suriyanın Kobani şəhərindən 300 min kürdü Türkiyədə yerləşdirmişik. Türkiyənin İŞİD-ə qarşı mübarizəsini indiyədək hansı ərəb dövləti aparıb? 

Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi əməliyyatı araşdıranlar bu suala cavab versinlər. Biz cənub qonşumuzda terror dövlətinin qurulmasına imkan verməyəcəyik. Buradan NATO-ya müraciət edirəm: Biz Türkiyəyik. Onlara NATO nizamnaməsinin 5-ci maddəsini xatırladıram. Siz indiyədək NATO üzvü olan Türkiyəyə terrora qarşı mübarizəsində hansı yardımı etmisiniz? NATO-nun üzvülük haqqını ödəyən ilk 5 ölkəsindən biriyik. Siz bizi bir neçə terror dəstəsinə dəyişəcəksinizmi? 

Hərəkat başlayandan bəri 109 terrorçu öldürüldü. Bundan başqa, çoxlu sayda yaralı və təslim olanlar da var. Türkiyə hərbçiləri qarşısında dayana bilməyənlər qadın və uşaqlara hücum edib, onları qətlə yetirirlər. Sonra da bizim adımıza çıxırlar. Ancaq qadın, uşaq qatili sizsiniz. Biz heç bir zaman bu işləri görmədik".

Digər xəbərlər
SON XƏBƏRLƏR