18 yaşlı qızı ölümcül döyüb, küçəyə küçədə atdılar... - Azərbaycanda

img

09-10-2019 [15:25]


Beyləqan rayonunda 18 yaşlı qız küçədə huşsuz vəziyyətdə tapılıb. 

Gənc qız rayonun Kəbirli kəndi ərazisində yerli sakinlər tərəfindən aşkarlanıb. 

Gənc qızın kənd sakini olmadığı və naməlum şəxslər tərəfindən döyülərək əraziyə atıldığı bildirilir. 

Hadisə yerinə hüquq-mühafizə orqanalrının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb edilib. Gənc qız ağır vəziyyətdə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. 

Döyülərək öldürülən qız isə rayonun Yuxarı Aran kənd sakini Aygün Quliyevadır.

Faktla bağlı araşdırma aparılır/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR