Xəzərdə 4 balıqçı itkin düşüb

08-10-2019 [16:56]
Azərbaycanda 4 balıqçı itkin düşüb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, oktyabrın 8-də gecə saatlarında, Bakı şəhərinin Pirallahı rayonundan, balıq tutmaq məqsədi ilə 4 balıqçı dənizə çıxıb və təyin olunan vaxtda geri qayıtmayıblar.

Axtarışlara FHN-in Aviasiya Dəstəsinin bir helikopteri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Əlavə məlumat veriləcək.


SON XƏBƏRLƏR