Deputat: "Kimi yüksək vəzifəyə qoyursan, baxırsan ki, o dəqiqə dəyişdi"

img

08-10-2019 [15:19]


"Xarakter dəyişmir, imkanlar dəyişir. Nə bilim, bəlkə də dəyişmişəm. Mən çalışıram ki, dəyişməyim. Çox vaxt da dəyişmədiyimi deyirlər, bu da mənim xoşuma gəlmir. Bütün ömrün boyu dəyişməmək də bir şey deyil”.

Mia.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, akademik Nizami Cəfərovun APA-ya müsahibəsində deyib. 

O, deputat olan şəxsin dəyişmsəindən danışıb. O, deputat olduqdan sonra insanın mənfi tərəfə dəyişməsini təhlükəli hesab edib:

"O çox təhlükəlidir. Tək deputatlıqla bağlı deyil, kimisə hansısa yüksək vəzifəyə qoyursan, baxırsan ki, o dəqiqə dəyişdi. Ümummilli Liderimiz Heydər Əliyev deyirdi ki, bir adamı hansısa xarakterinə görə vəzifəyə qoyursan, sonra görürsən dəyişir. Halbuki sənə o vəzifəni dəyişməyin üçün yox, əvvəlki xarakterinə görə vermişdik. Dəyişəndən sonra sən artıq o vəzifəyə layiq olmursan. Ona görə dəyişəndə də gərək yaxşı istiqamətə dəyişəsən”.

N. Cəfərov borca görə mandatını girov qoyan və bu səbəbdən də istefa verən keçmiş deputat Rafael Cəbrayılovla bağlı da danışıb: 

"Mən bir şey deyim. Əgər bizneslə məşğulsansa, hardasa aldanacaqsan, hardasa aldadacaqsan. Bu, biznesin qanunudur. Amma deputat olub bizneslə məşğul olmaq istəyirsənsə, olmaz. İstər-istəməz nəsə problem çıxacaq və o sənin deputatlığına yazılacaq. Ona görə də mən düşünürəm ki, deputat öz işinin  üzərində dayansa və yalnız elmlə, tədrislə məşğul olsa yaxşı olar, çünki bu sahələrdə risk yoxdur. Əgər iqtisadiyyatla məşğul olacaqsansa, sənin elə bir məqamın gələcək ki, pul lazım olacaq və sən vəsiqəni girov qoymalı olacaqsan. Şübhəsiz ki, deputatlarla bağlı bu cür hallar məni də narahat edir və hamımızın adına, nüfuzuna təsir göstərir. Deputat gərək bu məsuliyyəti boynuna götürəndə nüfuzunu da düşünsün. Deputatın hər kəlməsi, həyatı, məişəti, ailəsi müzakirə olunur. Başqa vəzifələrdə də belədir, sadəcə, nazir müəyyən qədər pərdələnə bilər, deputat yox”.

Digər xəbərlər
SON XƏBƏRLƏR