"NOVRUZ MƏMMƏDOV İSTEFASINI ÖZÜ İSTƏYİB" - Spiker açıqladı

img

08-10-2019 [12:11]


Novruz Məmmədov Azərbaycanın Baş Naziri vəzifəsindən azad edilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.

Mia.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov deyib.

O, Baş Nazir postuna yeni namizəddən danışaraq bildirib ki, Əli Əsədov hansı vəzifədə çalışmasından asılı olmayaraq bilik və bacarığını işə sərf edən bir insandır, iqtisadi məsələlərə dərindən bələd olan mütəxəssisdir: "Əminəm ki, Prezident İlham Əliyevin bu seçimi dövlətimiz, xalqımız üçün uğurlu olacaq, hörmətli Əli Əsədov Baş Nazir vəzifəsini layiqincə yerinə yetirəcək”.

Xatırladaq ki, N.Məmmədov Baş Nazir vəzifəsinə 2018-ci ilin aprelində təyin edilmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR