Taksi sürücüsü müştərisini döyüb, pulunu aldı

img

08-10-2019 [11:26]


Bakıda quldurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, DİN-in "102” Zəng-Mərkəzinə müraciət edən Salyan rayon sakini F.Adışirinov oktyabrın 6-da saat 22 radələrində rayon ərazisində sərnişin qismində "Mercedes” markalı avtomobilə minərək Bakı şəhərinə gəldiyini, Yasamal rayonu ərazisində isə sürücünün onu döyərək 497 manatını aldığını bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.

DİN-in Təhlükəsiz Şəhər Xidməti, Əlahiddə Çevik Polis Alayı, Bakı Şəhər Baş Polis İdarəsi və Yasamal Rayon Polis İdarəsi (RPİ) 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən, qeyd edilən nəqliyyat vasitəsinin sürücüsü, Cəlilabad rayon sakini S.Piriyev qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Yasamal RPİ tərəfindən araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR