Novruz Məmmədov Baş nazir postundan istefa verdi - Prezidentin köməkçisi yeni vəzifəyə gətirildi

img

08-10-2019 [12:25]


Azərbaycan Milli Məclisi bu gün keçirilən plenar iclasda Əli Əsədovun Baş Nazir vəzifəsinə təyin edilməsini dəstəkləyib.

Mia.az xəbər verir ki, iclasda "Əsədov Əli Hidayət oğlunun Azərbaycan Respublikasının Baş Naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ müzakirə olunub vəsəsvermə ilə qəbul edilib.

Qeyd edək ki, Konstitusiyanın 109-cu (Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri) maddəsinə əsasən, Prezident Milli Məclisin razılığı ilə Azərbaycan Respublikasının Baş nazirini vəzifəyə təyin edir.

Gözlənilir ki, bu gün Prezident MM-in bu qərarını təsdiq edəcək.

***

Bu gün Azərbaycanın yeni Baş Naziri təyin ediləcək.

Mia.az xəbər verir ki, məsələ rəsmi qaydada Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Belə ki, iclasda "Əsədov Əli Hidayət oğlunun Azərbaycan Respublikasının Baş Naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ müzakirə ediləcək.

İclasda daha 13 məsələ də müzakirə ediləcək.

Qeyd edək ki, Konstitusiyanın 109-cu (Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri) maddəsinə əsasən, Prezident Milli Məclisin razılığı ilə Azərbaycan Respublikasının Baş nazirini vəzifəyə təyin edir.

Xatırladaq ki, Azərbaycanın hazırki Baş Naziri Novruz Məmmədovdur. O, 2018-ci il aprelin 21-dən bu postdadır.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR