"Heç kimə xəbər vermədən bölgəyə anidən daxil ola bilərik" - Ərdoğan ABŞ-a gedir

img

07-10-2019 [13:05]


Ərdoğan noyabrın əvvəlində ABŞ-a səfər edəcək.

Mia.az xəbər verir ki, bu barədə o, Suriyaya gözlənilən yeni əməliyyatla bağlı danışarkən deyib.

Ərdoğan deyib ki, ABŞ hərbçilərinin Suriya-Türkiyə sərhədindən çıxmasına dünəndın başlanılıb: "Axşamkı telefon danışığımızdan sonra geri çəkilmə başlayıb”.

Ərdoğanın sözlərinə görə, İŞİD-lə bağlı bəzi rəqəmlər qabardılır: "Onlar "İŞİD-ə nəzarəti əlimizdən çıxarmalıyıq" deyirlər. Yəni İŞİD-çiləri həbsxanadan azad etməyin yollarını fikirləşirlər. Bir gün bölgəyə heç kimə xəbər vermədən anidən daxil ola bilərik. Bunu telefon danışığında Donald Trampa da dedim”.

Digər xəbərlər
SON XƏBƏRLƏR