Deputat Eldar Quliyevlə İlham Əliyev Soçiyə gedəcək

img

23-09-2019 [16:51]


Sentyabrın 25-də və 26-da Rusiyanın Soçi şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏTPM) Hüquqi və siyasi məsələlər komitəsinin 54-cü iclası keçiriləcək.

Mia.az xəbər verir ki, iclasda Milli Məclisin deputatları, parlamentin QDİƏT PM-dəki nümayəndə heyətinin rəhbəri Eldar Quliyev və İlham  Əliyev iştirak edəcəklər.

Tədbirdə "Qara Dəniz İqtisadi Əməkdaşlığı regionunda nəqliyyat marşrutlarının hüquqi və siyasi aspektləri” mövzusunda müzakirələr aparılacaq, bir sıra təşkilati məsələlərə baxılacaq.

Deputatlar müzakirə olunacaq məsələlər barədə çıxış edəcək, öz fikirlərini bildirəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR