"Hazırlıqlı gənclərin universitetlərə qəbuluna süni maneələr yaradılır" - DİM-dən diqqətçəkən açıqlama

img

23-09-2019 [14:19]


2018/2019-cu tədris ilində ali təhsil müəssisələrinə müsabiqədə iştirak etmək hüququ qazananların 90.69%-i Azərbaycan, 9.32%-i isə rus bölməsinin abituriyentləri olub.

Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) "Abituriyent” jurnalının 12-ci sayında bildirilib.

Məlumata görə, hər iki bölmənin birgə müsabiqəsi üçün ayrılan yerlərin hesabına Azərbaycan bölməsinin abituriyentləri qəbul planının minimum 70.09, maksimum 91.60%-ni, rus bölməsinin abituriyentləri isə minimum 8.40, maksimum 29.91%-ni tuta bilərdilər: "Göründüyü kimi, minimum və maksimum imkanlar arasında fərq kiçikdir. Bu isə Azərbaycan bölməsində daha hazırlıqlı gənclərin ali təhsil müəssisələrinə qəbul olmaq imkanlarında süni maneələr yaradır.

2018-ci ildə Azərbaycan və rus bölmələrinin birgə müsabiqəsi üçün ayrılan yerlər 52.65% artıb. 2019-cu ildə hər iki bölmənin birgə müsabiqəsi üçün ayrılan yerlər ümumi plan yerlərinin cəmi 21.44%-ni təşkil edib. Bu göstərici 2017-ci ildə 14.80%, 2016-cı ildə 18.73%, 2015-ci ildə 13.95%, 2014-cü ildə 13.87%, 2013-cü ildə 56.18% olub.

2013-cü illə müqayisədə son beş ildə həyata keçirilən bu cür dəyişiklik arzuolunmaz haldır. Çünki bəzən Azərbaycan və rus bölmələrinin abituriyentləri eyni test suallarına cavab verdikləri halda, plan yerlərinin ciddi bölgüsü və müsabiqə vəziyyətinin fərqli olması nəticəsində bu bölmələrin eyni ixtisasları üzrə tam fərqli keçid balları yaranır. Plan yerləri birgə müsabiqə üçün ayrıldıqda isə həmin yerlərə bölməsindən asılı olmayaraq daha hazırlıqlı gənclər qəbul olunur”.

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR