23-09-2019 [12:20]
Xəzər dənizində zəlzələ olub.
Mia.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, yerli vaxtla saat 10:50-də Xəzər dənizində zəlzələ qeydə alınıb. 3.4 bal gücündə olan yeraltı təkanların dərinliyi 62 km olub.