"Tramp və Zelenskinin danışığı ciddi məxfi xarakter daşıyır" - Pompeo

22-09-2019 [19:31]
"ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenskinin iyuldakı telefon danışığının məzmunu ciddi məxfi xarakter daşıyır. Buna görə Dövlət Departamenti onun stenoqramını dərc etməyəcək".

Bu barədə ABŞ-ın dövlət katibi Maykl Pompeo ABC televiziya şirkətinin efirində bildirib.

"Siz bilirsiniz ki, biz (Dövlət Departamenti-red) son dərəcə nadir hallarda stenoqramın mətnini açıqlayırıq. Dünya liderlərinin danışıqları məxfi xarakteri daşıyır. Hansısa ekstremal şəraitdən başqa belə (mətni açıqlamaq -red) hərəkət etmək yersizdir", - deyə xarici siyasət idarəsinin başçısı qeyd edib.

Onun nöqteyi-nəzərincə, Tramp və Zelenskinin telefon danışığı bu kateqoriyaya aid deyil/Report. 


SON XƏBƏRLƏR