İran “Stena Impero” tankerinı azad edəcək

img

22-09-2019 [18:00]


Fars körfəzində iyul ayında saxlanılan İsveçə məxsus "Stena Impero” tankeri bu gün (22 sentyabr) İran tərəfindən azad edilə bilər.

Bu barədə "TASS” gəminin aid olduğu şirkətə istinadən məlumat yayıb.

Gəminin yaxın saatlarda buraxılacağı qeyd olunur.

"Anladığımız kimi, gəminin sərbəst buraxılması ilə bağlı siyasi bir qərar verilib. Biz gəminin İranın ərazi sularını tərk etməsini istəyirik”, gəminin sahibi olduğu "Stena Impero” şirkətindən bildirilib.

"Stena Impero" tankerinin sahibi Erik Honell də bildirib ki, rəsmi Tehran tankeri bir neçə saat sonra azad edəcək.

Qeyd edək ki, bundan əvvəl "Stena Impero” tankerindən bir neçə dənizçini azad edib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR