"İrana qarşı çox sayda hərbi əməliyyat variantı var" - Tramp Səudiyyəyə əlavə qoşun göndərdi

img

21-09-2019 [10:42]


ABŞ Prezidenti Donald Tramp İranın Səudiyyə Ərəbistanına güman edilən hücumu ilə əlaqədar Yaxın Şərqə əlavə qoşun göndərilməsini təsdiqləyib.

Bunu ABŞ Müdafiə naziri Mark Esper söyləyib.

"Prezident, əsasən hava və raket hücumundan müdafiəyə yönələcək ABŞ qüvvələrinin yerləşdirilməsini təsdiqlədi", - deyə Esper bildirib.

"ABŞ İranla müharibəyə can atmır, amma çox sayda hərbi əməliyyat variantı var", - deyə o, əlavə edib.

Bundan əvvəl ABŞ İranı Səudiyyə Ərəbistanının neft infrastrukturuna hücum etməkdə günahlandırıb. İran bu ittihamı rədd edib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR