Fuad Qəhrəmanlı AXCP sədrinin müavini postundan istefa verdi: "Gerçək motivləri..." - Bəyanat

img

20-09-2019 [20:11]


Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı tutduğu postdan istefa verib.

Mia.az xəbər verir ki, o, bu barədə "Facebook" səhifəsində məlumat verib.

F.Qəhrəmanlı istefasının səbəbini belə əlaqələndirib: 

"Hər zaman AXCP və onun lideri Əli Kərimli mənim üçün siyasi fəaliyyətimin mənası, məhvəri olub. Ona görə də nə liderimə, nə də ki AXCP-yə bir ziyan dəyməməsi üçün hər zaman hər cür fədakarlığa hazır olmuşam. 

Barəmdə deyilən ittihamlar təhrif olunub və mən həbs olunmazdan 4-5 il öncə konfliktli situasiya zəminində qısamüddətli ailədaxili münaqişə yaşamışam. Bu baş verənlərə görə də peşmanam. Bu zaman yaşanan gərginlik övladlarımda mənəvi travma yaradıb və Selcanın açıqlaması da bu travmadan doğan emosional reaksiya olub. Ancaq bundan sonra Zümrüdlə 5 illik birgə həyat sürməklə, əslində, biz o dönəmin yaralarını sarmışdıq. Selcanın statusunda qeyd etdiyi fikirlərlə bağlı polemikaya girməyi mənəvi baxımdan özümə uyğun görmədiyimdən onunla bağlı gerçək motivləri də aydınlaşdırmağı doğru saymıram. 

Bütün bunlara baxmayaraq, mən indiki halda öz haqlılığımı deyil, AXCP-nin nüfuzunu və ona qara yaxmaq istəyənlərin məkrli niyyətlərinin qarşısını almağı əsas götürərək, AXCP sədrinin müavini postundan istefa verirəm".

Xatırladaq ki, sentyabrın 19-da F.Qəhrəmanlının qızı Selcan Yağmur yazılı və video-müraciət yayaraq,  atasından imtina edib. O, bu addımını özünün, bacısının və anası Zümrüd Yağmurun F.Qəhrəmanlı tərəfindən fiziki və psixoloji təsirlərə məruz qalmaları ilə izah edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR