Azərbaycanda sensasiya: millət vəkili borca görə deputat vəsiqəsini girov qoyub + Təfərrüat

img

20-09-2019 [12:07]


Milli Məclisin deputatı, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin üzvü Rafael Cəbrayılov borca görə məhkəməyə verilib.

Mia.az "Report"a istinadla xəbər verir ki, deputat ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 9 sentyabr 2015-ci il tarixdə 300 min ABŞ dolları məbləğində borc alıb. Ona borc verən şəxslə deputat ailəvi yaxın münasibətlərdə olub.

Lakin deputat borcu vaxtında ödəyə bilməyib. R.Cəbrayılov hətta borcu vəd etdiyi vaxtında qaytara bilməsi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin Deputatının vəsiqəsinin əslini girov qoyub.

Borcun qaytarılmadığnı görən Fətəliyeva Təranə Rasim qızı Abşeron Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddiaçının xeyrinə 15 fevral 2019-cu ildə qiyabi qətnamə qəbul edib.

Cavabdeh şəxs, Rəfael Cəbrayılov məhkəmənin qərarı ilə razılaşmayaraq, apellyasiya şikayəti verib. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

***

Maraqlıdır ki, deputat Rəfael Cəbrayılov deputat vəsiqəsini girov qoyub pul borc alması ilə bağlı xəbər haqda açıqlamasında fakta deyil, mətbuata hücum çəkib. 

Mia.az-ın məlumatına görə, deputat yazılı açıqlamasında bildirib ki, son dövrlərdə ona qarşı iyrənc ləkələmə kampaniyası aparılır. Heç bir şərh vermədən deputatın açıqlamasının mətnini təqdim edirik: 

"Təəsüf edirəm ki, bu iyrənc məqsədə nail olmaq üçün bir sıra juralistlərdən də istifadə olunur. Jurnalist araşdırması aparmadan məsələnin məğzini bilmədən yalnız bir tərəfin verdiyi informasiyanı yaymaq jurnalist fəaliyyətinə ziddir.

Təəssüflə qeyd edim ki, son dövrdə tikinti biznesi ilə məşğul olan qardaşlarım, habelə özümlə bağlı obyektiv reallığa uyğun olmayan informasiyalar müxtəlif saytlarda yayılır. Bu da ondan irəli gəlir ki, bir sıra insanların "mülkiyyətində" olan saytlar var. Bu saytlar əslində heç bir jurnalist fəaliyyəti ilə məşğul olmur yalnız "sahibinin" iyrənc niyyətlərini həyata keçirmək üçün "vasitə" rolunda çıxış edirlər. Həmin iyrənc şəxslərin iyrənc məqsədlərinin üzə çıxarılmasına nail olacam.

Azərbaycan Respublikasının informasiya məkanında belə informasiya vasitələfinin olmasına təəssüf edirəm”.

Digər xəbərlər
SON XƏBƏRLƏR