Hacı Əliyev misirli rəqibini məğlub etdi

20-09-2019 [10:14]
Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən sərbəst güləşçi Hacı Əliyev ilk təsəlliverici görüşünə çıxıb.

Mia.az xəbər verir ki, idmançımızın rəqibi misirli Amr Reda Ramadan Husseni olub. H.Əliyev 10:1 hesabı ilə qalib gəlib. Lakin görüş yarımçıq saxlanılıb. Buna səbəb rəqibin aldığı zədədəyə görə yarışı dayandırması olub. 

H. Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün daha iki təsəlliverici görüşdə qalib gəlməlidir. Pəhləvanımız bürünc medal qazanmaq üçün isə 3 rəqibi mübarizədən kənarlaşdırmalıdır. Təsəlliverici görüşdə Hacının rəqibi yaponiyalı Takuto Otoquro olacaq.

Digər güləşçimiz Mahir Əmiraslanova isə (57 kq) Monqolustan güləşçisi ilə qarşılaşmada qalib gəlmək üçün 1 xal çatmayıb.

Xatırladaq ki, Hacı Əliyev dünən rəqibi rusiyalı Hacımurad Rəşidovdan xal fərqi ilə irəlidə olduğu halda rəqibin etirazı ilə onun aktivindəki son iki xal hakim tərəfindən silinib. Bu qərar isə güləşçimiz tərəfindən etirazla qarşılanıb. O, hakimin verdiyi qərarı haqsız hesab edib və görüşdə gərginlik yaşanıb.


SON XƏBƏRLƏR