Fuad Qəhrəmanlının qızı ilə bağlı qalmaqal böyüyür - İcra başçısı da danışdı, sonra ard-arda açıqlamalar verildi

img

19-09-2019 [20:23]


AXCP sədrinin müavini Fuad Qəhrəmanlının xanımı Zümrüd Yağmurun əmisi, Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Selcan Yağmurun bu gün sosial şəbəkədə yazdıqlarına reaksiya verib.

Mia.az xəbər verir ki, bu barədə Axar.az-a danışan Əhəd Abıyev bildirib ki, yalnız Selcan deyil, digər bacısı da Fuad Qəhrəmanlıdan imtina edib.

"Ailədə olan problemlərdən xəbərim var, boşanma üçün Zümrüdün məhkəməyə müraciət etdiyini də bilirəm. Onu da deyim ki, Selcanla bacısı Sanay Fuad Qəhrəmanlıdan çoxdan imtina ediblər. Selcan xaricdə təhsil alır, onun təhsil məsələsində narahatlıq yaranıb. Ona görə Bakıya gələcəm. Hər şey barədə ətraflı danışacam”, - başçı bildirib.

Qeyd edək ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmur bu gün sosial şəbəkədə atasının ailədə şiddət, zorakılıq tətbiq etdiyini, illərlə buna dözməyə məcbur olduqlarını, indi isə atasından imtina etdiyini, anası, tanınmış yazar Zümrüd Yağmurun isə boşanmaq üçün məhkəməyə müraciət etdiyini yazıb.

Digər bir məlumata görə, Fuad Qəhrəmanlının həyat yoldaşı Qəhrəmanlı Zümrüd İsrafil qızı (Zümrüd Yağmur) bu il avqustun 1-də nikahın pozulması və yetkinlik yaşına çatmayan övladının ananın yanında qalması ilə bağlı Abşeron rayon Məhkəməsində iddia qaldırıb.

Mülki iş hakim Elman Məmmədovun icraatına verilib.

F.Qəhrəmanlı isə ilk əvvəl qızının sosial şəbəkədəki profilinin oğurlandığını desə də, qızı az əvvəl Feysbuk-da canlı yayıma çıxaraq, atasını təkzib edib. O, az əvvəl yaydığı müraciəti özünün yazdığını deyib. Əlavə edib ki, buna görə heç kim ona təzyiq etməyib: "Bu məsələ haqda danışmaq mənə ağır olsa da, onların  hamısını mən yazmışam...".

Bundan sonra isə F.Qəhrəmanlı daha bir açıqlamaa yayıb.

O qeyd edib ki, bu gün qızı Selcan açıqlama yayaraq ailələri haqda emosional gərginlik altında bəzi fikirlərini bildirib: "Çox təəssüf edirəm, hər birimizin ailəsi var və hər bir ailədə narazılıq olur. Mən həbs olunmamışdan öncə ailə daxilində müəyyən yanlış anlamalar üzündən gərginliklər olmuşdu. Ancaq həbsdə olduğum müddətdə həyat yoldaşım Zümrüd Yağmur mənim ən yaxın dəstəkçim olub. Biz artıq bu mərhələni adlatmışıq. Selcanın bu yazısına səbəb bu səhər onun qadın hüquqları ilə bağlı mövzuda yazdığı rəyi silməsini istəməyim olub və bu da onda emosional gərginlik yaradib. Bu üzdən də o keçmişlə bağlı xoşagəlməz bəzi nüansları dramatikləşdirərək təqdim edib. Övladım olmasına baxmayaraq, onun formalaşma dövründə həbsdə olduğum üçün yanında olmamışam və bu üzdən də feminizm və s. kimi məsələlərə münasibətdə kəskin fikir ayrılıqlarımız yaranmışdı. Bu üzdən Selcanın bu yazısında fikir ayrılığımizdan doğan ziddiyyətin də təsiri var. Tam məsuliyyətlə deyirəm ki, onun bu yazdıqları həqiqət deyil və sadəcə dramatikləşdirilmiş təqdimatdır. Buna görə çox mənəvi üzüntü yaşayıram".


Digər xəbərlər
SON XƏBƏRLƏR