Müsavat Partiyası başqanlığına seçki - İddialıların sayı artır

img

19-09-2019 [20:07]


Müsavat Partiyasının başqanlığına, eləcə də MNTK və Məclis üzvlyünə namizəd olmaq istəyən şəxslər müvafiq ərizə ilə Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsinə bu gündən müraciət edə bilərlər.

Bu haqda "Basta”ya Təşkilat Komitəsinin sədri Gülağa Aslanlı məlumat verib.

Məlumatda deyilir ki, ərizələr QHTK-nin sədrinin adına yazılmalı və bazar günü istisna olmaqla, hər gün saat 12:00-dan saat 17:00-a kimi QHTK-nin sədri Gülağa Aslanlıya və ya onun müəyyənləşdirdiyi Təşkilat Komitəsinin üzvünə təqdim edilməlidir.

"Qurultayın işi ilə bağlı digər sənədlər QHTKnin 23.09.2019-cu il tarixində, saat 15:00-da keçiriləcək yığıncağında müzakirədən sonra qəbul ediləcəkdir” – deyə, Aslanlı bildirib.

Bu arada Müsavat başqanı vəzifəsinə namizədlərin sayı 3-ə çatıb. Partiyanın Divan üzvü Başxanım Abbaslı da namizədliyini irəli sürmək niyyətindədir. Bu barədə Turan-a o özü bildirib. Abbaslı Müsavat başqanı vəzifəsinə üçüncü namizəd oldu.

Partiya sədri seçkiləri oktyabrın 12-də Müsavat-ın IX qurultayında keçiriləcək.

İki keçmiş siyasi məhbus – Tofiq Yaqublu və Yadigar Sadıqov da Müsavat başqanı vəzifəsinə namizədliyini irəli sürüb.

Müsavatın hazırki başqanı Arif Hacılı namizədlərin irəli sürülməsi prosesi rəsmi olaraq başladıqdan sonra öz qərarını elan edəcəyini bildirib.

O, nizamnaməyə əsasən ikinci müddət üçün Müsavat başqanı vəzifəsinə namizədliyini irəli sürmək hüququna malik olduğunu bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR