Fransada Liqa Kuboku ləğv olunur

19-09-2019 [17:30]
Fransa Futbol Liqası Liqa Kubokunu keçirməkdən imtina edib.

"Report" BBC-yə istinadən xəbər verir ki, qurum növbəti ildən etibarən bu yarışı təşkil etməyəcək.

1994-cü ildən bəri hər mövsüm keçirilən turnirdə I və II divizionun klubları, həmçinin 3-cü liqanın bəzi təmsilçiləri iştirak edirlər. Kubokun sonuncu sahibi "Strasburq"dur. PSJ isə bu turnirin ən çox - 5 dəfə qalibi olan komandadır.

Bildirilib ki, bu, bir mövsümdəki oyunların sayını azaltmağa və futbolçuların sağalması üçün vaxt qazandırmağa imkan verəcək. 


SON XƏBƏRLƏR