“Azərişıq” ASC-yə məxsus avtomobilin aşması faktına görə cinayət işi başlanılıb

img

19-09-2019 [11:09]


Quba rayonunda ölümlə nəticələnən yol qəzası faktına görə cinayət işi başlanılıb.

"Report”un xəbərinə görə, Quba rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırılan işlə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, hadisə ötən gün Quba rayon ərazisində "Azərişıq” ASC-nin Şimal Regional İdarəsinin Sumqayıt bölməsinin əməkdaşlarının yüksək gərginlikli elektrik xətlərinə baxış keçirməyə gedərkən baş verib.

Belə ki, UAZ markalı avtomobil Söhüb kəndi ərazisində yamacdaykən texniki nasazlıq yaranıb və nəqliyyat vasitəsi dərəyə yuvarlanıb.

Nəticədə avtomobildə olan Namik Rüstəmov və Zahid Qurbanov hadisə yerində ölüb, sürücü İlkin adlı şəxs və avtomobildə olan Saleh adlı digər şəxs isə yaralanıb.

Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR