"Restoranlarda qiymətlər od tutub yanır" - Deputatdan etiraz

img

18-09-2019 [16:28]


"Biz "Turizm haqqında” qanunun üzərində 2015-ci ildən işləyirik, hələ ərsəyə gətirə bilməmişik. Turizm sahəsində ən böyük problemin restoranlarda, yeməkxanalarda qiymətlərin od tutub yanmasıdır. Bu barədə ciddi düşünmək lazımdır”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Araz Əlizadə deyib.

"Nə qədər turist yaxınlaşı soruşur ki, harada normal qiymətə yemək yemək ola? Düzdür, bizə o qədər də yüksək səviyyəli ərəb turistlər gəlmir. Elə çıxır ki, biz turizmi ancaq ərəblərə tuşlamışıq, ayrı yerdən turistlər lazım deyil. Xeyr, bizə ayrı ölkələrdən turistlər lazımdır. Azərbaycanı bütün dünya tanımalı, mədəniyyətimizi, incəsənətimizi gəlib görməlidirlər. Ona görə də bu sahədə ciddi işlər görmək lazımdır” - deyə deputat qeyd edib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR