Ərdoğan Putin və Ruhani ilə görüşdən danışdı, Qərbə xəbərdarlıq etdi: "İki həftə içində..."

18-09-2019 [14:15]
İki gün əvvəl Rusiya prezidenti Putin və İran dövlət başçısı Ruhani ilə Ankarada Suriya ilə bağlı müzakirə aparan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ABŞ-a açıq xəbərdarlıq edib.

Mia.az xəbər verir ki,  o, iki gün əvvəl Putin və Ruhani ilə keçirdiyi  görüşdən danışıb və bildirib ki,  Suriyadakı problemlə bağlı çox vacib qərar qəbul ediblər: 

"Fərat çayının şərqi üzrə məsələnin həllində Avropadan daha artıq dəstək gözləyirik. Qarşıdan gələn aylarda baş verəcək hadisələr Suriya məsələsi üçün həlledici olacaq. Suriyada təhlükəsizlik bölgəsinin qurulması üçün ABŞ-la apardığımız danışıqlar iki həftə ərzində nəticə verməsə, biz öz planlarımızı tətbqi edəcəyik”.

Mia.az


SON XƏBƏRLƏR