Mehriban Əliyeva Üzeyir Hacıbəyli və Müslüm Maqomayevdən yazdı: "Xatirələrini dərin ehtiramla yad edirik"

18-09-2019 [11:51]
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın İnstagram səhifəsində 18 sentyabr - Milli Musiqi Günü ilə bağlı paylaşım olub.

Mia.az xəbər verir ki, paylaşımda 1885-ci il sentyabrın 18-də Azərbaycan bəstəkarlıq məktəbinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olması xatırladılıb: "Onunla eyni ildə və eyni gündə Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar Müslüm Maqomayev dünyaya gəlmişdir. Hər iki dahi şəxsiyyətimizin xatirəsini dərin ehtiramla yad edirik".


SON XƏBƏRLƏR