Bakıda helikopter qəzaya uğradı, pilot ağır yaralandı: 5 ton yanacağı DYP-nin qarşısına qədər axdı

img

18-09-2019 [10:35]


Ötən həftə Bakıda - Badamdar qəsəbəsində vertolyot qəzası baş verib.

Mia.az Avtosfer.az-a istinadla xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin yaxınlığında yerləşən "Naftalan" istirahət mərkəzinin üst tərəfində, kiçik aerodromda qeydə alınan hadisə zamanı pilot ağır xəsarət alıb. 

Məlumatda bildirilir ki, təlim helikopteri bir neçə dəfə qalxıb enmə hərəkətləri edib. Sonuncu hərəkət zamanı helikopter idarəetmədən çıxaraq yanı üstə yerə çırpılıb. Parça-parça olan helikopterin təxminən 5 tona yaxın yanacağı "Naftalan" istirahət mərkəzinin ərazisindən axaraq Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin qarşısındakı dairəyə qədər gəlib. 

Hadisə yerinə Fövqəladə Hallar və Müdafiə nazirliklərinin əməkdaşları cəlb olunub. Helikopterin hansı nazirliyə aid olduğu barədə dəqiq məlumat verilmir. Bildirilir ki, həmin aerodroma həm Fövqaladə Hallar, həm də Müdafiə Nazirliyinin helikopterləriı tez-tez eniş edir.

Xatırladaq ki, pilot helikopterdə təlim keçirmiş. Xoşbəxtlikdən helikopterin pəri yaxınlıqda olan yüksək gərginlikli elektrik xətlərinin yanında düşsə də, ciddi problem yaratmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR