Balababa Rzayev rəisi işdən çıxarır, 2 il sonra eyni posta geri gətirilir - "Azərişıq"da yeni təyinat

img

18-09-2019 [10:21]


Bərdə Rayon Elektrik Şəbəkəsinə yeni rəis təyin edilib. 

Mia.az "Report"a istinadla xəbər verir ki, "Azərişıq” ASC-nin Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin Bərdə rayon Elektrik Şəbəkəsinin rəisi vəzifəsinə Vidadi Babayev gətirilib. 

Rayon Elektrik Şəbəkəsinin əvvəlki rəisi Fərid Daşdəmirli bir müddət əvvəl tutduğu vəzifədən azad olunub. 

Qeyd edək ki, yeni rəis V.Babayev əvvəllər Bərdə Rayon Elektrik Şəbəkəsinin rəisi olub. O, 2017-ci ildə Bərdə Rayon Elektrik Şəbəkəsinin rəisi vəzifəsindən azad olunub. 

Maraqlıdır, Balababa Rzayevin işdən çıxardığı rəisi 2 il sonra geri, elə eyni vəzifəyə təyin etməyə hansı zərurət yaranb? 

Mia.az 

Digər xəbərlər
SON XƏBƏRLƏR