Bakıda 25 yaşlı qızı maşın vurub öldürüb

17-09-2019 [22:03]
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Gənclik metrosu yaxınlığında qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Əmiraslanlı Gülgün Saday qızı yolu keçərkən "Masareti" markalı 10 XE 011 dövlət nömrə nişanlı avtomobil vurub. Hadisəni törədən şəxsin özü yaralını xəstəxanaya çatdırsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır/Report


SON XƏBƏRLƏR