"Yuventus"un hücumçusu məşqçisini vurdu - VİDEO

17-09-2019 [19:23]
İtaliyanın "Yuventus" komandasının futbolçusu Qonzalo İquain Çempionlar Liqasının qrup mərhələsinin I turunda İspaniya "Atletiko"su (Madrid) ilə qarşılaşacaqları matçdan öncə məşq zamanı qəzəblənib. 

"Report"un məlumatına görə, 32 yaşlı hücumçu topa çata bilməyib və köməkçi məşqçilərdən birinin dizinə vurub. Argentinalı oyunçu daha sonra reklam lövhəsinə vurmağa başlayıb. Onu komanda yoldaşı Leonardo Bonuççi sakitləşdirib. 

Qeyd edək ki, sentyabrın 18-də keçiriləcək "Atletiko" - "Yuventus" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 




SON XƏBƏRLƏR