Gürcüstanda turistlərə qarşı soyğunçuluq edən cinayətkar qrup saxlanılıb

17-09-2019 [15:00]
Gürcüstanın Batumi şəhərində əcnəbi turistlərdən hədə-qorxu gəlməklə pul tələb edən 4 nəfərdən ibarət cinayətkar qrup saxlanılıb.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Saxlanılan şəxslərin Batumidə klublardan birində çalışdığı müəyyən olunub. Həmin şəxslər 4 əcnəbi vətəndaşı ölümlə hədələyərək onlardan 2 580 türk lirəsi və 400 lari məbləğində pul alıblar.

Faktla bağlı istintaq aparılır. 

Saxlanılan şəxsləri 4 ildən 7 ilədək həbs cəzası gözləyir. 


SON XƏBƏRLƏR